Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Oxunma vaxtı:22 Saniyə

Bu gün paytaxtın Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

“Azərişıq”dan verilən məlumata görə, iyunun 29-da Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Qapalı Paylayıcı Qurğularda (QPQ) təmir-təftiş işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Mikayıl Əliyev küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

“Təmir işləri yekunlaşdıqdan sonra həmin küçə daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, – məlumatda bildirilir.

Loading

Next Post

Rusiya Sumı və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var

Rusiya Ukraynanın Sumı və Zaporojye vilayətlərinə hücum edib, 6 nəfər ölüb, daha 37 nəfər xəsarət alıb. Bu barədə Ukrayna Milli Polisi və Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov məlumat verib. Milli Polisin məlumatına görə, Sumı vilayətində Rusiya hücumları nəticəsində 2 nəfər ölüb, daha 9 nəfər yaralanıb. İ.Fyodorov bildirib ki, […]