Gəncədə güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Oxunma vaxtı:32 Saniyə

Gəncədə yunan-Roma və sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, Gəncə İdman Sarayında təşkil olunan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, idman ictimaiyyətinin nümayəndələri və Azərbaycan güləşinin tanınmış simaları iştirak ediblər.

Yunan-Roma və sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatı bu gün start götürüb. Yarış fevralın 7-dək davam edəcək.

Qeyd edək ki, fevralın 8-də qadın güləşi üzrə U-15 və U-17 ölkə birinciliyi, həmçinin 9-13 fevralda eyni məkanda yunan-Roma və sərbəst güləş üzrə U-17 Azərbaycan çempionatı da baş tutacaq. Görüşlər hər gün 10:00-da start götürəcək.

Gəncədə güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Loading

Next Post

Nazir: Ermənistan 2026-2027-ci illərdə modul tipli AES-in tikintisi ilə bağlı qərar qəbul edəcək

Ermənistan Rusiya, ABŞ, Fransa, Çin və Cənubi Koreyadan modul tipli atom elektrik stansiyalarının (AES) modelləri ilə bağlı təkliflər alıb. Bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan mətbuat konfransında bildirib. Onun sözlərinə görə, model seçimi ilə bağlı yekun qərar hələ qəbul edilməyib: “Düşünürəm ki, model seçimi məsələsi 2026 […]