Bakıda daha bir ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Oxunma vaxtı:18 Saniyə

Sabah saat 00:00-dan Bakının Müzəffər Nərimanov küçəsindən Araz küçəsinə qədər olan hissədə (metronun “Ulduz” stansiyası) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət təmir işləri başa çatana qədər qüvvədə olacaq.

“Sürücülərdən xahiş olunur ki, aparılan işlərə anlayışla yanaşsınlar, əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər”, – deyə qeyd edilib.

Loading

Next Post

Andrey Babiş İlham Əliyevi Çexiyaya dəvət edib

Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycan Prezidenti İlham Əliyevi Çexiyaya rəsmi səfərə dəvət edib. Bu barədə Babiş “Facebook”da yazıb. “Mən bundan sonra da ölkələrimiz arasındakı münasibətləri inkişaf etdirmək niyyətindəyəm və məmnuniyyətlə Prezident İlham Əliyevi xanımı ilə birlikdə Çexiyaya səfər etməyə dəvət etdim”, – o yazıb. Babiş qeyd edib ki, yanvar […]