Dünyanın ən güclü pasportları – Azərbaycan bu yeri tutdu

Oxunma vaxtı:46 Saniyə

2025-ci ilin “Nomad Passport Index” reytinqi açıqlanıb.

Reytinq dünyadakı 199 ölkənin pasportlarını beş əsas meyara əsaslanaraq qiymətləndirir: səyahət asanlığı, vergi siyasəti, qlobal qəbul, ikili vətəndaşlıq əldə etmə imkanı və şəxsi azadlıqlar.

Hər il yayımlanan bu siyahı insanlar üçün dünya üzərində həyat, iş və istirahət imkanları təqdim edən ölkələri müəyyən edir.

İrlandiya 2025-ci ildə ilk dəfə liderliyə yüksəlib. Ölkə beynəlxalq nüfuzu, biznes üçün əlverişli vergi siyasəti və vətəndaşlıq məsələlərindəki çevikliyi ilə üstünlük qazanıb. Siyahının ilk beşliyinə daxil olan digər ölkələr isə İsveçrə, Yunanıstan, Portuqaliya və Malta olub. 2023-cü ildə lider olan BƏƏ isə yeni vergi siyasətləri səbəbindən onuncu yerə düşüb.

Siyahının ən zəif pasportlarına sahib ölkələr isə Pakistan, İraq, Eritreya, Yəmən və Əfqanıstandır.

Azərbaycan isə Lesoto, Filippin və Belarusla birgə 125-ci yerdəri.

Bu reytinq, pasport sahiblərinin dünya miqyasında hərəkət azadlığını və müxtəlif ölkələrdə yaşamaq, işləmək imkanlarını qiymətləndirir. Reytinqin əsas xüsusiyyətləri, pasportların gücü və etibarlılığına dair əhəmiyyətli məlumatlar təqdim edir.

Loading

Next Post

Azərbaycan və ABŞ Avropaya qaz tədarükü imkanlarını müzakirə edib - YENİLƏNİB

Azərbaycan və ABŞ Avropaya qaz tədarükü və “yaşıl enerji interkonnektor” layihələrinin icrası ilə bağlı mövcud vəziyyəti və potensial əməkdaşlıq imkanlarını dəyərləndirib.Bu barədə Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclası çərçivəsində energetika naziri Pərviz Şahbazovla ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun baş […]