Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Oxunma vaxtı:44 Saniyə

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,14 ABŞ dolları və ya 5,04 % azalaraq 96,73 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 91,43 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,71 ABŞ dolları və ya 4,79 % azalaraq 93,54 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Loading

Next Post

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

2026-2027-ci tədris ili üzrə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində iştirak edən kimya müəllimi Könül Əsgərlinin nəticəsi yenidən hesablanaraq artırılıb. AzEdu.az-a açıqlama verən Könül müəllimin yenilənmiş nəticəyə əsasən balı 97.075 olub. Bu göstərici ilə o, Bakı şəhəri üzrə 1-ci, respublika üzrə isə 5-ci yerdə qərarlaşıb. Könül Əsgərli ixtisasca kimya müəllimidir. O, […]