MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

DogruSozTv Az
Oxunma vaxtı:36 Saniyə

2026-2027-ci tədris ili üzrə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində iştirak edən kimya müəllimi Könül Əsgərlinin nəticəsi yenidən hesablanaraq artırılıb.

AzEdu.az-a açıqlama verən Könül müəllimin yenilənmiş nəticəyə əsasən balı 97.075 olub.

Bu göstərici ilə o, Bakı şəhəri üzrə 1-ci, respublika üzrə isə 5-ci yerdə qərarlaşıb.

Könül Əsgərli ixtisasca kimya müəllimidir. O, yenilənmiş nəticə ilə MİQ müsabiqəsinin ən yüksək bal toplayan namizədləri sırasında yer alıb.

Qeyd edək ki, nəticəsi artırılan kimya müəllimi Könül Əsgərli daha əvvəl müəllimlərin sertifikatlaşdırılması imtahanında da 51 bal toplayıb və İmişli rayonunda müəllim kimi fəaliyyət göstərib. Gənc müəllim gələcəkdə pedaqoji fəaliyyətini Bakı şəhərində davam etdirməyi planlaşdırır.

Xatırladaq ki, nəticələrin yenidən qiymətləndirilməsi prosesindən sonra bəzi namizədlərin ballarında dəyişiklik qeydə alınıb.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

Avqustun 2-si 2026-cı il tarixində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2004-cü il təvəllüdlü Həmidov Ruslan Rafiq oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib. […]