Nizami Bəhmənovun oğlunun cinayət işi məhkəməyə göndərildi

Oxunma vaxtı:1 Dəqiqə, 32 Saniyə

Şuşanın keçmiş icra başçısı Nizami Bəhmənovun oğlunun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Doğrusöztv.Az Unikal.org-a istinadən bildirir ki, Cinayət Məcəlləsinin ölümə cəhd maddəsi ilə təqsirləndirilən Ceyhun Nizami oğlu Bəhmənovun məhkəmə prosesinə hakim İlham Mahmudov sədrlik edəcək. Cinayət işində zərərçəkmiş qismində Bəhmənova Dilarə Faiq qızı tanınıb. 

Bakı Şəhər Prokurorluğu və şəhər Baş Polis İdarəsinin yaydığı birgə məlumatda qeyd olunur ki, 2020-ci il fevralın 1-də saat 12 radələrində paytaxtın Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 57 saylı evin qarşısında 1981-ci il təvəllüdlü Şuşa şəhər sakini Bəhmənov Ceyhun Nizami oğlunun keçmiş arvadı 1982-ci il təvəllüdlü Bəhmənova Dilarə Faiq qızına bıçaqla çoxsaylı xəsarət yetirməsi faktı ilə əlaqədar Yasamal  Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq C.Bəhmənov iş üzrə şübhəli şəxs qismində saxlanılmaqla müdafiəçinin iştirakı ilə dindirilib.

Fevralın 3-də C.Bəhmənov iş üzrə Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma)  maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona qeyd edilən maddə ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə hadisə yerinə baxış keçirilərək maddi subutlar götürülüb, çoxsaylı şahidlər dindirilib, müvafiq ekspertizalar təyin olunub və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.
Aparılmış istintaqla C.Bəhmənovun Dilarə Bəhmənovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən onun əməli Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsinə (qəsdən adam öldürməyə cəhd) tövsif edilməklə cinayət işi aidiyyəti üzrə istintaqın davam etdirilməsi üçün Yasamal rayon prokurorluğuna göndərilib. 

D.Bəhmənovanın sağlamlıq vəziyyəti ağır qiymətləndirilməklə xəstəxanada stasionar şəraitdə müalicəsi davam etdirib.

İstintaq müddətində isə 29, 120.1-ci maddəsi 29.120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsinə tövsif edilib. 
Qeyd edək ki, C.Bəhmədov Şuşanın sabiq icra başçısı, mərhum Nizami Bəhmənovun oğludur.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Azərbaycanda nazir çimərlik təmizlədi - Foto

Avropa İttifaqının çimərliyin təmizlənməsi tədbiri “Təmiz Dəniz səndən başlayır!” şüarı altında keçirilib. Unikal.org xəbər verir ki, 19 sentyabr tarixində Avropa İttifaqı (Aİ) Nümayəndəliyi Beynəlxalq Sahilyanı Təmizlik Günü münasibətilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə #EUBeachCleanup keçirib. Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev, Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin Rəhbəri səfir […]