Novruzun ilk çərşənbəsi fevralın 25-nə təsadüf edəcək

Oxunma vaxtı:50 Saniyə

Novruzun ilk çərşənbəsi fevral ayının 25-nə təsadüf edəcək.

Su çərşənbəsi fevralın 25-i, İlaxır çərşənbə-Torpaq çərşənbəsi isə martın 18-i olacaq.

Belə ki, fevralın 25-də ilk – Su çərşənbəsi, martın 4-də Od, martın 11-də Yel, martın 18-də isə İlaxır çərşənbə – Torpaq çərşənbəsi qeyd olunacaq.

Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.

Günəş ekliptika üzrə hərəkət edərək, ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.

Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu il üçün Azərbaycanda martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı kimi müəyyən olunub. Martın 23-ü və 24-ü şənbə, bazar gününə təsadüf etdiyindən ardıcıl olaraq 20, 21, 22, 23, 24, 25, 26 mart qeyri-iş günləri olacaq.

Loading

Next Post

MM-nin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu: Ermənistandan irqçi siyasətdən imtina etməyi tələb edirik

Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın çıxışı ilə bağlı bəyanat yayıb. Bəyanatda xatırladılıb ki, Ermənistanın 1987-ci ildə başlatdığı münaqişə Azərbaycan xalqını misilsiz əzablara düçar edib: “Ermənistanın təcavüzkar siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı doğma yurdlarından didərgin salınıb. Azərbaycanlıların qaçqın və məcburi köçkün vəziyyətinə […]