Bu ərazidə işıq olmayacaq

Oxunma vaxtı:27 Saniyə

Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasından qidalanan 10 kV-luq 5 saylı hava xəttində aparılan təmir işləri ilə əlaqədar yanvarın 30-da elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək rayonun Digah, Şiləvar kəndlərində və Kürə adlanan ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Loading

Next Post

İlkin tibbi sanitariya yardımı xidməti ilə bağlı İşçi Qrup yaradılıb

İlkin tibbi sanitariya yardımı xidmətinin hazırlanması ilə bağlı Səhiyyə Nazirliyi və İcbari Tibbi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) birgə İşçi qrup yaradıb.Bununla bağlı İTSDA sədri Zaur Əliyev Milli Məclisdə keçirilən “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda dinləmədə deyib. O qeyd edib […]