Ağdam, Füzuli və Xocavəndə Prezidentin xüsusi nümayəndəsi TƏYİN OLUNDU 

Oxunma vaxtı:25 Saniyə

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Emin Zamin oğlu Hüseynov Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

“Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 1 dekabr tarixli 3022 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1438 (Cild I) ləğv edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Loading

Next Post

“Bəyin oğurlanması”ın aktrisası vəfat etdi

Aktrisa Naibə Əlibəyova ötən gecə vəfat edib. O, bu gün Yasamal qəbiristanlığında torpağa tapşırılıb. N.Əlibəyova daha çox “Bəyin oğurlanması” filmindəki Gülbadam rolu ilə tanınıb. O, uzun müddət idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi.