UEFA Çempionlar Liqası: V tura bu gün start veriləcək

Oxunma vaxtı:44 Saniyə

UEFA Çempionlar Liqasının Liqa mərhələsində V tura bu gün start veriləcək.

Turun ilk oyun günündə 11 qarşılaşma baş tutacaq.

Maraqlı matçlardan biri Almaniyada keçiriləcək. “Bavariya” doğma meydanda Fransanın PSJ klubunu qəbul edəcək. İngiltərə təmsilçisi “Mançester Siti” isə evdə “Feyenoord”la (Niderland) üz-üzə gələcək.

“Barselona” da doğma azarkeşləri önünə çıxacaq. Kataloniya klubu “Brest”lə (Fransa) görüşəcək.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

V tur

26 noyabr

21:45. “Slovan” (Slovakiya) – “Milan” (İtaliya)

21:45. “Sparta” (Çexiya) – “Atletiko” (İspaniya)

00:00. “Mançester Siti” (İngiltərə) – “Feyenoord” (Niderland)

00:00. “Bavariya” (Almaniya) – PSJ (Fransa)

00:00. “İnter” (İtaliya) – “Leyptsiq” (Almaniya)

00:00. “Barselona” (İspaniya) – “Brest” (Fransa)

00:00. “Bayer 04” (Almaniya) – “Zaltsburq” (Avstriya)

00:00. “Sportinq” (Portuqaliya) – “Arsenal” (İngiltərə)

00:00. “Yanq Boyz” (İsveçrə) – “Atalanta” (İtaliya)

00:00. “Srvena Zvezda” (Serbiya) – “Ştutqart” (Almaniya)

00:00. “Şturm” (Avstriya) – “Jirona” (İspaniya)

Qeyd edək ki, V turun digər oyunları noyabrın 27-də keçiriləcək.

Loading

Next Post

Ali Məhkəmə: Kredit mübahisələrində hesabdan çıxarış və maliyyə arayışı mötəbər sübut sayılmır 

Ali Məhkəməsi kredit müqaviləsindən irəli gələn tələblər üzrə kredit öhdəliyinin mövcudluğunu sübut etmək vəzifəsinə dair konkret iş üzrə qərar qəbul edib. Qərarda qeyd edilib ki, kredit müqaviləsindən irəli gələn tələblər üzrə kredit öhdəliyinin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının (kreditorun) üzərinə düşür. Bu məqsədlə iddiaçı tərəfindən məhkəməyə kredit müqaviləsi (əsli və […]