Daha 7 şəhidimizin qalıqları DƏFN OLUNACAQ

Oxunma vaxtı:28 Saniyə

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin-şəhidlərin dəfn mərasimlərinə dair yeni məlumat yayıb.

Dövlət Komissiyasının məlumatına görə, iyulun 18-də Aydın Əsədulla oğlu Qurbanov Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Şəhidlər xiyabanında, Yaşar Ələkbər oğlu Kərimov Neftçala rayonunun Qaramanlı kəndində, Zahid Baxış oğlu Nağıyev Ağdam rayonunun Evoğlu kəndində, Akif İlyas oğlu Abbasov Gəncə şəhərindəki Şəhidlər xiyabanında dəfn ediləcək.

İyulun 19-da isə Rəhim Əlyar oğlu Rəsulov Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında, İbrahim Ələşrəf oğlu Vəliyev İmişli rayonundakı Şəhidlər xiyabanında, Bəxtiyar Əliş oğlu Hümbətov Yevlax şəhərindəki Şəhidlər xiyabanında dəfn olunacaq.

Loading

Next Post

Bakı yollarındakı son vəziyyət açıqlanıb

Bakı şəhərinin yollarındakı son vəziyyət açıqlanıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 3. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.