Türkiyə Müdafiə Nazirliyi İkinci Qarabağ müharibəsi şəhidlərini yad edib

DogruSozTv Az
Oxunma vaxtı:22 Saniyə

Türkiyə Milli Müdafiə Nazirliyi İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini yad edib.

Bu barədə nazirliyin mətbuat katibi Zeki Aktürk bu gün keçirilən brifinqdə bildirib.

“Qəhrəman Azərbaycan Ordusunun işğal altındakı torpaqlarını azad etmək məqsədilə başladığı və 44 gün davam edən Vətən müharibəsinin beşinci ildönümü, 27 Sentyabr – Anım Günü ilə bağlı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən əziz şəhidlərimizi rəhmət və minnətlə yad ​​​​edirik. Qəhrəman qazilərimizə təşəkkür edirik”, – deyə o vurğulayıb. ​​​​

Loading

Next Post

ADY regiondaxili sərnişin daşımalarına başlayır

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin daha da yüksəldilməsi, xüsusilə bölgələrdə nəqliyyatın əlçatanlığının təmin edilməsi məqsədilə ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayır. Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi ərəfəsində – sentyabrın 28-dən etibarən müasir elektrik qatarları ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstəriləcək. Qrafikə […]