İstirahət gününün havası: 35 dərəcə isti və leysan

alfonsonri
Oxunma vaxtı:35 Saniyə

Azərbaycan ərazisində iyunun 11-də gözlənilən hava şəraiti barədə proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti, əsasən, yağmursuz olacaq. Gecə və səhər zəif duman gözlənilir, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 28-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 30-35, gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

Loading

Next Post

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı ünvanlayıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Başsağlığında deyilir: “Ankaranın Almadağ bölgəsindəki zavodda baş vermiş partlayış nəticəsində beş nəfərin həlak olması və insanların yaralanması xəbəri məni hədsiz kədərləndirir.Həlak olmuşlara Allahdan rəhmət diləyir, yaxınlarının […]