Ceyhun Bayramov çex həmkarı ilə ikitərəfli münasibətləri müzakirə edib

Oxunma vaxtı:30 Saniyə

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Çex Respublikasının xarici işlər naziri Yan Lipavski arasında telefon danışığı aparılıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Telefon danışığı zamanı, Azərbaycan ilə Çexiya arasında siyasi, iqtisadi, enerji və digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub.

Azərbaycan ilə Çexiya arasında mövcud siyasi dialoqun və məsləhətləşmə mexanizminin, eləcə də qarşılıqlı səfər və təmaslarının həm ikitərəfli, həm də çoxtərəfli platformalar çərçivəsində əlaqələrimizin inkişafına töhfə verdiyi vurğulanıb. Azərbaycan-Çexiya iqtisadi-ticarət əlaqələrinin hazırkı inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Loading

Next Post

Sumqayıtda emalatxanada yanğın baş verib - YENİLƏNİB

Sumqayıt şəhərində ümumi sahəsi 800 m² olan təkrar emal sexində plastik materiallar 200 m² sahədə yanıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, yüksək temperaturdan metaldan ibarət dam örtüyü 50 m² sahədə deformasiyaya uğrayıb. Sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. *** Sumqayıtda […]