Vaqif Xaçatryanın ilkin dindirilməsi keçirilib

Oxunma vaxtı:26 Saniyə

“Laçın” sərhəd-buraxılış məntəqəsində Meşəli soyqırımına görə saxlanılan Vaqif Xaçatryanın ilkin dindirilməsi keçirilib.

Bunu APA-ya açıqlamasında baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov deyib.

İlqar Səfərov bildirib ki, Vaqif Xaçatryan saxlanıldıqdan sonra ilkin olaraq onun tibbi müayinəsi keçirilib, o, tibb müəssisəsinə köçürülüb:
“Səhhəti ilə bağlı həkimlər tərəfindən müayinəsi aparılıb. Tibbi müayinəsi aparıldıqdan sonra isə vəkillə və tərcüməçi ilə təmin edilib. Vaqif Xaçatryana qarşı verilmiş ittihamlar elan edilib və ilkin dindirilmə keçirilib. Hazırda onunla bağlı digər istintaq hərəkətləri aparılır”, – o qeyd edib.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Cəzaçəkmə müəssisəsində özünü güllələyən əsgərlə bağlı AÇIQLAMA

Penitensiar Xidmət ötən gün Salyanda yerləşən cəzaçəkmə müəssisəsində özünü güllələyən hərbi qulluqçu barədə məlumat yayıb. Xidmətdən APA-ya bildirilib ki, Mühafizə Alayının hərbi qulluqçusu əsgər Ülvi İlyas oğlu Şamxalovun xəstəxanada müalicəsi davam etdirilir.Qeyd edilib ki, həyatı üçün heç bir təhlükə yoxdur.