Qubada ailənin 8 üzvünün zəhərlənmə iddiası ilə bağlı araşdırma başlayıb

Oxunma vaxtı:30 Saniyə

Quba rayonunda məişət şəraitində baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müvafiq qurumlarla birgə araşdırma aparır.

Bu barədə AQTA-dan məlumat verilib.

Məlumata görə, ilkin araşdırma zamanı məlum olub ki, zərərçəkənlər ad günü tədbiri zamanı ev şəraitində hazırlanan qida məhsullarını istehlak etdikdən sonra özlərini narahat hiss ediblər. Daha sonra müayinə məqsədilə Quba və Qusar rayon mərkəzi xəstəxanalarına müraciət olunub.

“Onlardan nümunələr götürülüb, vəziyyətləri stabildir. Hazırda araşdırmalar davam edir”, – qurumdan qeyd olunub.

Agentlik bir daha məişət şəraitində hazırlanan qidaları istehlaka təqdim edərkən saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini bildirir.

Loading

Next Post

Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Pirəkəşkül və Ağdərədə 9-13 fevral tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, məhvetmə prosesi Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində həyata keçiriləcək. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə […]