Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Oxunma vaxtı:19 Saniyə

Pirəkəşkül və Ağdərədə 9-13 fevral tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məhvetmə prosesi Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində həyata keçiriləcək.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda vurğulanıb.

Loading

Next Post

Milli Xalça Muzeyində macar qloben ustasının fərdi sərgisi olacaq

Azərbaycan Milli Xalça Muzeyində tanınmış macar qobelen ustası Juja Perelinin “Həqiqət çərçivəsindən kənar” adlı fərdi sərgisi açılacaq. Bu barədə Muzeydən məlumat verilib. Açılışı fevralın 11-də baş tutacaq sərgidə tekstil sənətinin aparıcı nümayəndələrindən sayılan Juja Perelinin dünyagörüşünü, yaradıcı potensialını və yüksək peşəkarlığını əks etdirən 29 əsəri nümayiş olunacaq. Müəllifin ipək, yun […]