Dövlət qurumlarında yanacaq sərfi norması düzgün tətbiq edilməyib – Palata

alfonsonri
Oxunma vaxtı:35 Saniyə

Bir sıra dövlət qurumlarında yanacaq sərfi norması düzgün tətbiq edilməyib.

Bu barədə Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatda qeyd edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ayrı-ayrı istiqamətlərdə müəyyən etdiyi xərc normativlərinə və prosedurlara əməl olunmaması hallarına 15 uyğunluq auditində rast gəlinib.

Audit sübutlarının təhlili qurumlar tərəfindən müxtəlif növ tədbirlər üzrə qüvvədə olan normativlərə əməl olunmadığını, tədbirlər üzrə təsdiqedici və əsaslandırıcı sənədlərin bəzi hallarda düzgün tərtib edilmədiyini və yaxud ümumiyyətlə tərtib olunmadığını, bəzi hallarda isə təqdim edilmiş sənədlərin əsaslı olmadığını göstərir.

Bundan əlavə, hesabat ilində də yanacaq sərfi normasının düzgün tətbiq edilməməsi, istifadəyə yararsız olan nəqliyyat vasitələri üçün təmir və s. xərclərin aparılması, ezamiyyə ilə bağlı və digər normalara əməl edilməməsi hallarına rast gəlinib.

Loading

Next Post

Naxçıvanın səhiyyə naziri işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikasının (MR) səhiyyə naziri vəzifəsindən azad olunub. Bu barədə Naxçıvan Muxtar Respubliksı Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb. Sərəncama əsasən, səhiyyə naziri Niyazi Novruzov bu gün tutduğu vəzifədən azad edilib. Digər sərəncamla Samiq Asəf oğlu Sadiqov Naxçıvan MR səhiyyə nazirinin müavini təyin edilib və o […]