Bərdədə qəza – 2 nəfər öldü

alfonsonri
Oxunma vaxtı:44 Saniyə

Bərdədə yol qəzası baş verib.

19.04.2023-cü ildə saat 19 radələrində 2000-ci il təvəllüdlü Bərdə rayon sakini Əzizov Feruz Raqub oğlunun idarə etdiyi VAZ 21099 markalı avtomobil ilə 1993-cü il təvəllüdlü Bərdə rayon sakini Sultanlı Əziz İlqar oğlunun idarə etdiyi VAZ 21011 markalı avtomobil Bərdə rayonu, Həsənqaya kəndi ərazisində toqquşmuş, hadisə nəticəsində VAZ 21011 markalı avtomobildə olan sərnişin 1956-cı il təvəllüdlü Xankişiyev Murad Fazil oğlu aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölmüş, VAZ 21099 markalı avtomobilin sürücüsü Əzizov Feruz Raqub oğlu, avtomobildə olan sərnişin 2003-cü il təvəllüdlü Ağayev Mirəli Mehman oğlu, VAZ 21011 markalı avtomobilin sürücüsü Sultanlı Əziz İlqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə RMX-yə yerləşdirilmiş və Ağayev Mirəli Mehman oğlu aldığı xəsarətlər nəticəsində xəstəxanada ölmüşdür.

Faktla bağlı Bərdə RPŞ-nin İB-də Azərbaycan Respublikasının CM-in 263.3-cü maddəsi ilə cinayət işi başlanmışdır.

Loading

Next Post

“Azərbaycanda inanclı olduğuna görə həbs edilən yoxdur” - Allahşükür Paşazadə

“Azərbaycanda inanclı olduğu üçün həbs edilən adam eşitməmişəm”. Bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. O qeyd edib ki, əgər adam səhv edirsə, səhvinə görə tutulur və ittiham edilir: “Ölkəmizdə inancsız adam yoxdur. Dinindən asılı olmayaraq hamı inanır”.