Bakıda ev yanıb, iki nəfərin yanmış meyiti tapılıb

Oxunma vaxtı:21 Saniyə

Bakının Səbail rayonunda yanğın baş verən evdən iki nəfərin yanmış meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Üçmərtəbəli fərdi yaşayış evinin həyətyanı ərazisində ümumi sahəsi 40 m² olan birmərtəbəli, 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Loading

Next Post

Müttəfiqlərin qarşıdurması - Qəzzadan Qrenlandiyaya köçürülən ziddiyyət - ŞƏRH

Davosda Qəzza zolağı və Qrenlandiya məsələsi başlıca mövzu oldu. Çünki müharibədən sonra zolağa sülh, adaya isə yeni qızışan ziddiyyət gəlir. ABŞ Prezidenti Donald Trampın və Almaniya kansleri Fridrix Mertsin çıxışlarında da bu aşkar görünür.ABŞ ilə Avropa Qəzza və Qrenlandiya məsələsinə görə bir-birinə müqavimət göstərir. Bu bölgələri əsas götürən tərəflər bir-birini […]