“Məktəblərdə yer məsələsi problemdir” – Fazil Mustafa

alfonsonri
Oxunma vaxtı:33 Saniyə

“Məktəblərdə şagird sıxlığı məsələsi problemdir. 1000 yerlik məktəbdə 2500 şagird təhsil alır”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.

O bildirib ki, yeni korpusların tikilməsi nəzərdə tutulsa da, proses ləngiyir: “Bu da ölkədə müəyyən qədər savadsızlığa təsir göstərmiş olur”.

İşsizlikdən danışan deputat qeyd edib ki, bunu sahibkarlığı inkişaf etdirməklə aradan qaldırmaq olar.

“Bu gün ölkədə işsizlik probleminin həll olunmaması hələ də həyəcan siqnalı kimi qalır. Büdcədə işsizliyin aradan qaldırılması üçün müəyyən qədər vəsait ayrılır. Bunların hamısı da mənasız xərclərdir. Sahibkara aşağı faizli kreditlər verilmirsə, bu sahə inkişaf etməyəcək. Ona görə görə bunun üzərində düşünülməlidir. Dövlətin əli ilə yeni iş yerlərinin açılması o qədər də effektli olmur”.

Loading

Next Post

İsrail Prezidenti və xanımı İçərişəhərdə

Ölkədə səfərdə olan İsrail Dövlətinin Prezidenti İsxaq Hersoq və birinci xanımı Mixal Hersoq mayın 31-də dünya mədəni irs abidələrindən sayılan İçərişəhərlə tanış olublar. Qonaqlar gəzintiyə orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi ilə tanışlıqdan başlayıblar. Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş […]