Bakıda avtobusdan yıxılan qadın təkərin altında qalaraq ölüb

Oxunma vaxtı:24 Saniyə

Bakı şəhərinin Sabunçu rayonunda avtobusdan yıxılan qadın təkərin altında qalıb.

“Report”un məlumatına görə, Məhərrəmov Sarvan Şahlar oğlunun idarə etdiyi “Daewoo” markalı avtobus Bakı şəhəri, Sabunçu rayonu, Babək küçəsi 157 ünvanında yerləşən “Ayxan” marketin yaxınlığında yerləşən dayanacaqdan hərəkətə başlayarkən avtobusun içərisində olan sərnişin – 1964-cü il təvəllüdlü Cəfərova Tamella Nadir qızı ön giriş qapısından yıxılaraq avtobusun ön sağ təkəri altına düşüb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Loading

Next Post

Əli Əsədov Tehranda keçirilən rəsmi anım mərasimində iştirak edəcək

Baş nazir Əli Əsədov İran İslam Respublikasına səfər edəcək. Bu barədə “Report”a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, mayın 22-də Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən […]