Əli Əsədov Tehranda keçirilən rəsmi anım mərasimində iştirak edəcək

Oxunma vaxtı:28 Saniyə

Baş nazir Əli Əsədov İran İslam Respublikasına səfər edəcək.

Bu barədə “Report”a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, mayın 22-də Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar Tehran şəhərində keçirilən rəsmi anım mərasimində iştirak edəcək.

Nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri və digər rəsmi şəxslər daxildir.

Loading

Next Post

İran prezidentinin anım mərasimində bu dövlətlər iştirak edəcək - SİYAHI

Helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və onları müşayiət edən digər şəxslərin bu gün Tehran şəhərində keçiriləcək rəsmi anım mərasimində bir sıra dövlətlərin nümayəndələri iştirak edəcək. “Mehr” Agentliyi anım mərasiminə qatılacaq nümayəndə heyətləri haqda informasiya yayıb. Qeyd edilib ki, Tehrana müxtəlif səviyyələrdə […]