MEDİA AzTV-nin əməkdaşlarının Fransada təzyiqə məruz qalmaları ilə bağlı bəyanat yaydı

alfonsonri
Oxunma vaxtı:43 Saniyə

Azərbaycan Medianın İnkişafı Agentliyi (MEDİA) Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) əməkdaşlarının 2023-cü il 28 iyun tarixində Fransada təzyiqə məruz qalmaları ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşları Fransada xidməti vəzifələrini yerinə yetirərkən hücuma məruz qalıb, çəkiliş kameraları əllərindən alınıb və silahla hədələniblər.

AZTV əməkdaşlarının peşə borclarını yerinə yetirərkən nalayiq rəftara məruz qalmaları ümumilikdə azad söz və ifadə azadlığına, sərbəst jurnalistikaya qarşı təzyiqin bariz nümunəsi, jurnalistlərin informasiya əldə etmək hüquqlarının məhdudlaşdırılmasıdır.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi peşə fəaliyyətini yerinə yetirən media təmsilçilərinə qarşı törədilmiş hücumu ciddi şəkildə qınayaraq Fransa hakimiyyəti və aidiyyəti qurumları insidentə hüquqi qiymət verməyə, bu əməli törədənləri müəyyən edərək məsuliyyətə cəlb etməyə çağırır.

Agentlik eyni zamanda, beynəlxalq jurnalist təşkilatları və media hüquqlarının qorunması sahəsində ixtisaslaşmış qurumları məsələni diqqətdə saxlamağa və hadisə ilə bağlı hüquqi ölçü götürülməsi istiqamətində həmrəylik nümayiş etdirməyə səsləyir”.

Loading

Next Post

Sürüşmə olan yolda hərəkət bərpa edildi

Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 2-ci km-də aparılan tikinti işləri ilə əlaqədar salınmış müvəqqəti xidməti yolda sürüşmə qeydə alınıb. Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, dərhal sürüşmə qeydə alınan hissənin bərpası üçün əraziyə qurumun xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub. Avtonəqliyyat vasitələrinin təhlükəsiz […]