İsrailin Bakıdakı səfirliyində təhlükəsizliklə bağlı təlim KEÇİRİLDİ – FOTO

Oxunma vaxtı:31 Saniyə

Fevralın 18-də İsrailin Bakıdakı səfirliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birgə öz binasında təlim keçirib.

Modern.az xəbər verir ki, təlim ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığımızı möhkəmləndirməyə və genişləndirməyə yönəlmiş davamlı əməkdaşlığın bir hissəsidir.

İsrail Dövlətinin səfiri Corc Dik səfirliyin və diplomatik heyətin təhlükəsizliyini təmin etdiklərinə görə Azərbaycan Respublikasının hüquq-mühafizə və təhlükəsizlik orqanlarına təşəkkür edib.

“Bu birgə təlim çox uğurlu keçdi və ölkələrimizin möhkəm təhlükəsizlik əməkdaşlığına mühüm əlavə idi. Azərbaycan dövlətinin, bütün diplomatik nümayəndəliklərin, o cümlədən İsrail səfirliyinin təhlükəsizliyinə sadiqliyi göz qabağındadır və sarsılmazdır. Biz ikitərəfli əməkdaşlığımızı gücləndirməyə davam etməyi səbirsizliklə gözləyirik”, – o deyib.

1327621

Loading

Next Post

Hərbçimiz Laçında İTKİN DÜŞDÜ - Əlverişsiz hava şəraitinə görə...

Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.  Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib Bildirilir ki, hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.