Peter Mixalko: Aİ-nin Azərbaycanla əməkdaşlığında minalarla mübarizə prioritet sahədir

Oxunma vaxtı:35 Saniyə

Avropa İttifaqının (Aİ) Azərbaycanla əməkdaşlığında minalarla mübarizə prioritet sahədir.

Bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko “Avropa komandasının mina əleyhinə təşəbbüsü” adlı tədbirdə deyib.

O bildirib ki, minalardan təmizləmə davamlı regional inkişaf üçün vacibdir.

“Dinc, sabit Cənubi Qafqaz və Azərbaycan üçün bu, vacibdir. Mən fürsətdən istifadə edərək ANAMA və komandasına təşəkkür edirəm. Onlar özünü qurban verməyi tələb edən bu işə baş vurublar. Aİ ölkələrinə də minatəmizləmədəki dəstəklərinə görə təşəkkür edirəm. Avropa Komandasının mina əleyhinə təşəbbüsü bir çətir təşəbbüsüdür. Minaların təmizlənməsi insanların güzəranına mühüm təsir göstərir. Onların təbii resurslara çıxışını təmin edir”, – səfir qeyd edib.

P.Mixalko bildirib ki, minalarla bağlı məlumatlılığın artırılması xüsusilə qayıdış mərhələsində çox önəmlidir: “Biz bütün bu sahələrdə əlimizdən gələni etməyə hazırıq”.

Loading

Next Post

Azərbaycanda "Analar Günü" təsis oluna BİLƏR 

Cəmiyyətimizdəki müzakirələr nəticəsində Azərbaycanda “Analar Günü”nün təsis olunması məsələsinə baxıla bilər.  Bunu “report.az”a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.  O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:  “Bizim də başqa ölkələrdə olmayan xüsusi günlərimiz var. Nəzərə alsaq ki, 8 Mart – […]