Ombudsmanın nümayəndələri repatriantlarla görüş keçirib

Oxunma vaxtı:23 Saniyə

Ombudsmanın nümayəndələri repatriantlarla görüş keçirib.

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, Suriya Ərəb Respublikasının münaqişə bölgəsində yaşamış 5 nəfər (2 qadın və 3 uşaq) Azərbaycan vətəndaşının ölkəyə repatriasiyası həyata keçirilib.

Ombudsmanın nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüş keçirib, müəssisə tərəfindən zəruri məlumatlar əldə ediblər.

Görüş zamanı repatriantların ehtiyacları və hüquqlarının təmini vəziyyəti qiymətləndirilib, onlara Müvəkkilin mandatı və hüquqlarının müdafiəsi mexanizmləri barədə ətraflı məlumat verilib.

Loading

Next Post

“Roskomnadzor” rəhbərliyinə qarşı terror aktının qarşısı alınıb, 1 nəfər zərərsizləşdirilib, 7 nəfər tutulub

Rusiyada “Roskomnadzor” rəhbərliyinə terror hazırlanıb.Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb. Bildirilib ki, Rusiya xüsusi xidmət orqanları terror aktının qarşısını alıb. “Terror aktı planlaşdırmaqda iştirak edən ifrat sağçı və neofaşist ideologiyasının yeddi tərəfdarı saxlanılıb. Onlar Ukrayna kəşfiyyat orqanları tərəfindən Telegram vasitəsilə “verbovka” ediliblər. Qrupun lideri olan Moskva sakini […]