Qarabağ Universitetində – Yeni təyinatlar

Oxunma vaxtı:25 Saniyə

Qarabağ Universitetinə prorektorlar təyin olunub.

Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Belə ki, Nərgiz İsmayılova ali təhsil müəssisəsinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə, Fariz Əhmədov isə elm və innovasiya məsələləri üzrə prorektoru vəzifələrinə təyin olunublar. 

Qeyd edək ki, N. İsmayılova bu təyinatadək Təhsilin İnkişafı Fondunun (TİF) Layihələrin idarə olunması şöbəsinin müdiri və TİF-in İdarə Heyətinin sədr müavini vəzifələrində çalışıb. F. Əhmədov isə bu təyinatadək UNEC-in elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsində işləyib.

Loading

Next Post

Deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin DSK-lara təqdim edilməsi prosesi başa çatır

Bu həftə deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsi prosesi başa çatır. Bu, Mərkəzi Seçki Komissiyasının “Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb. Sənəddə qeyd edilib ki, bu prosesə iyulun 13-dən başlanılıb və avqustun 2-si […]