“Roskomnadzor” rəhbərliyinə qarşı terror aktının qarşısı alınıb, 1 nəfər zərərsizləşdirilib, 7 nəfər tutulub

Oxunma vaxtı:24 Saniyə

Rusiyada “Roskomnadzor” rəhbərliyinə terror hazırlanıb.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Bildirilib ki, Rusiya xüsusi xidmət orqanları terror aktının qarşısını alıb.

“Terror aktı planlaşdırmaqda iştirak edən ifrat sağçı və neofaşist ideologiyasının yeddi tərəfdarı saxlanılıb. Onlar Ukrayna kəşfiyyat orqanları tərəfindən Telegram vasitəsilə “verbovka” ediliblər. Qrupun lideri olan Moskva sakini silahlı müqavimət göstərib və zərərsizləşdirilib.

“Roskomnadzor” rəhbərliyinə qarşı terror aktı planlaşdıranlardan 1 kiloqramlıq partlayıcı qurğu, qumbara, tapançalar və Ukrayna döyüşçülərinin simvolları müsadirə edilib”, – FSB-nin məlumatında qeyd olunub.(Apa)

Loading

Next Post

Ali Məhkəmə: Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər

Faiz müqabilində borc verilməsi ilə bağlı münasibətlər ilk baxışdan sadə görünsə də, praktikada vətəndaşlar üçün ciddi hüquqi risklər yarada bilər. Bu barədə Ali Məhkəmədən məlumat verilib. Bildirilib ki, buna görə də belə əməliyyatlara başlamazdan əvvəl bəzi vacib məqamları nəzərə almaq tövsiyə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən, qanunda […]