“Altılı masa”nın dörd lideri TBMM-dakı mərasimə qatılmadı

alfonsonri
Oxunma vaxtı:26 Saniyə

Bu gün Türkiyə parlamentində 28-ci qanunvericilik dövrü başlayıb.

Dogrusoztv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, MHP lideri Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisində (TBMM) and içən ilk millət vəkili olub.

Baxçalının sədrliyi ilə keçirilən ilk iclasda deputatlar növbə ilə and içiblər.

Digər tərəfdən, millət vəkili seçilə bilməyən CHP sədri Kamal Kılıçdaroğlu da mərasimi izləyənlər arasında olub. Diqqətçəkən başqa bir detal isə altı nəfərlik masada oturan digər liderlərin məclisə qatılmaması olub.

Belə ki, Meral Akşener, Temel Karamollaoğlu, Əhməd Davudoğlu və Gültekin Uysal Məclisə qatılmayıb.

Loading

Next Post

Bulvarda skuterlərə qadağa qoyuldu

Bu günlərdə Bakıda skuter icarəsi ilə məşğul olan tətbiqlər öz müştərilərinə fəaliyyətlərini müvəqqəti dayandırmaları barədə bildirişlər göndəriblər. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli açıqlamasıda bildirib ki, skuterləri idarə edənlər də digər hərəkət iştirakçıları kimi məsuliyyət daşıyır və qaydaları pozduqları təqdirdə cərimələnirlər: “Skuterlər mopedlərə oxşar […]