Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən xəbərdarlıq

Oxunma vaxtı:44 Saniyə

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu uzun müddət təcavüzkar düşmənin işğalı altında saxladığı əraziləri azad edib.

Doğrusöztv.Az-ın məlumatına görə, Azərbaycan Respublikası Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən Trend-ə bildiriblər ki, uzun illər vətən həsrətində qalmış vətəndaşların işğaldan azad edilmiş torpaqlarımıza səfər etməyə can atmaları başadüşüləndir. Lakin bəzi vətəndaşlar əvvəlcədən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq həmin ərazilərə səfər edirlər.

Noyabrın 28-də vətəndaşlar Ş.Hacıyev, F.Hacıyev, Z.Adilzadə və Z.Hüseynov “Toyota Land Cruizer” markalı 90-BL-558 dövlət nömrə nişanlı avtomobillə Fizuli rayonunun Qorqan və Aşağıseyidəhmədli kəndləri arasında minalanmış ərazi olduğunu bildirən işarəyə məhəl qoymayaraq hərəkəti davam etdirib, nəticədə tank əleyhinə minaya düşərək həlak olublar.

Bir daha əhaliyə xəbərdarlıq edərək təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan, işğaldan azad olunmuş ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edirik.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən xəbərdarlıq - Gallery Image

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Füzulidə 4 mülki şəxs minaya düşərək həlak olub - Baş Prokurorluq

Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni üsul və metodlardan istifadə edərək dinc sakinlərimizə qarşı cinayət əməllərini törədib. Doğrusöztv.Az bildirir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 28 noyabr saat 15:20-də Azərbaycan Respublikasının vətəndaşları Hacıyev Şakir Məhərrəm […]