Azərbaycanda qəzaya düşən Binəli Yıldırım əməliyyat olunub

Oxunma vaxtı:21 Saniyə

Azərbaycanda keçirdiyi qəzadan sonra müalicə üçün İstanbula aparılan Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım əməliyyat olunub.

Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca Binəli Yıldırım və onunla birlikdə qəzada yaralanan İstanbul millət vəkili Şamil Ayrımın vəziyyəti ilə bağlı açıqlamasında bildirib.

Nazir Binəli Yıldırımın baş dərisindəki toxuma itkisi səbəbindən toxuma transplantasiyası əməliyyatı keçirdiyini və vəziyyətinin yaxşı olduğunu bildirib.

Bədənində sınıqlar olan Şamil Ayrımın da vəziyyətinin yaxşı olduğu qeyd edilir.

Loading

Next Post

ABŞ-ın Avropadakı diviziyası NATO ölkələrinə hücum ediləcəyi təqdirdə Ukraynaya daxil olmağa hazırdır

ABŞ-ın Avropada yerləşən 101-ci Hava Desant Diviziyası Moskva ilə Kiyev arasında gərginliyin daha da artacağı və ya NATO ölkələrindən birinə hücum olacağı təqdirdə Ukraynaya daxil olmağa hazırdır. Vaşinqton yayda NATO-nun şərq cinahının gücləndirilməsi çərçivəsində sözügedən bölmənin demək olar ki, 80 ilində ilk dəfə Avropaya 4 700 hərbi qulluqçu göndərib. Onların […]