ABŞ-ın Avropadakı diviziyası NATO ölkələrinə hücum ediləcəyi təqdirdə Ukraynaya daxil olmağa hazırdır

Oxunma vaxtı:27 Saniyə

ABŞ-ın Avropada yerləşən 101-ci Hava Desant Diviziyası Moskva ilə Kiyev arasında gərginliyin daha da artacağı və ya NATO ölkələrindən birinə hücum olacağı təqdirdə Ukraynaya daxil olmağa hazırdır.

Vaşinqton yayda NATO-nun şərq cinahının gücləndirilməsi çərçivəsində sözügedən bölmənin demək olar ki, 80 ilində ilk dəfə Avropaya 4 700 hərbi qulluqçu göndərib.

Onların NATO ərazisinin hər qarışını müdafiə etməyə hazır olduqları vurğulanır.

Rumıniyada yerləşən bölmə ABŞ-ın digər qüvvələri ilə müqayisədə Ukrayna ərazisinə daha yaxındır və Rusiya Silahlı Qüvvələrinin hərəkətlərini diqqətlə izləyir, təlim hədəfləri qurur və təlimlər keçirir.

Loading

Next Post

Prezident İlham Əliyev: Qazaxıstanın qazandığı uğurlar qardaş ölkə olaraq Azərbaycanı da çox sevindirir

Qazaxıstan dinamik inkişaf yolu ilə inamla irəliləyərək bütün sahələrdə mühüm nailiyyətlər əldə edib, beynəlxalq aləmdə layiqli yer tutub. Bu gün Prezident Kasım-Jomart Tokayevin qətiyyətli rəhbərliyi ilə ölkədə aparılan genişmiqyaslı islahatlar və quruculuq işləri qardaş ölkənin hərtərəfli inkişafına və yüksəlişinə xidmət edir. Qazaxıstanın qazandığı uğurlar qardaş ölkə olaraq Azərbaycanı da çox […]