İsrail ordusu Hizbullaha məxsus infrastrukturlara zərbələr endirib

Oxunma vaxtı:19 Saniyə

İsrail ordusu Livanda Hizbullah mövqelərinə zərbələr endirib.

Bu barədə İsrail ordusunun “Telegram” kanalında məlumat paylaşılıb.

“Qısa müddət əvvəl İsrail ordusu Livanın cənubunda müxtəlif nöqtələrdə Hizbullahın terror infrastrukturlarını və raket lançerini hədəfə aldı. Terror infrasturkturunun və lançerlərin mövcudluğu İsrail və Livan arasında olan razılaşmaların pozulmasıdır. İsrail ordusu İsrail dövlətinə yönəldilmiş istənilən təhdidi aradan qaldırmaq üçün fəaliyyətə davam edəcək”, – İsrail ordusunun bəyanatında qeyd olunub.

Loading

Next Post

Bərdənin bir sıra yaşayış məntəqəsində qaz olmayacaq

Sabah Bərdə rayonunun 16 kəndi və 2 qəsəbəsində 3909 abonentin qaz təchizatı dayandırılacaq. Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Məlumata görə, Bərdə xidmət sahəsinin ərazisində yerləşən “Bərdə” Qaz Tənzimləyici Məntəqəsində (QTM) toztutucu filterin təftiş edilməsi ilə bağlı qazın nəqlinin dayandırılması zəruriyyəti ilə əlaqədar 29.08.2025-ci […]