Bərdənin bir sıra yaşayış məntəqəsində qaz olmayacaq

Oxunma vaxtı:25 Saniyə

Sabah Bərdə rayonunun 16 kəndi və 2 qəsəbəsində 3909 abonentin qaz təchizatı dayandırılacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Məlumata görə, Bərdə xidmət sahəsinin ərazisində yerləşən “Bərdə” Qaz Tənzimləyici Məntəqəsində (QTM) toztutucu filterin təftiş edilməsi ilə bağlı qazın nəqlinin dayandırılması zəruriyyəti ilə əlaqədar 29.08.2025-ci il tarixində saat 11:00-dan etibarən işlər başa çatanadək “Bərdə” QTM-dən qidalanan “Mehdixanlı” ölçü qovşağından Bərdə rayonunun 16 kəndi və 2 qəsəbəsində 3909 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.

Loading

Next Post

Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti uzadılıb

Ali təhsil pilləsinin magistratura səviyyəsinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə ilə qəbul olunan namizədlərin qeydiyyat prosesi 1 sentyabr saat 18:00-dək uzadılır. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat verilib. Qeyd edilib ki, namizədlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Müvafiq […]