Niderlandda polis iğtişaşların 7 iştirakçısını saxlayıb

Oxunma vaxtı:27 Saniyə

Niderlandın Veyk-bey-Durstede şəhərində sığınacaq üçün müraciət edənlərə qarşı etiraz aksiyasının 7 iştirakçısı saxlanılıb.

Bu barədə Niderlandın NOS portalı xəbər verir.

Ötən gecə ratuşa binası qarşısında keçirilən dinc etiraz aksiyası iğtişaşlara çevrilib. Ratuşanın pəncərələri və qapıları, videomüşahidə kamerası sındırılıb, iğtişaş iştirakçıları binaya daxil olublar.

İzdihamın dağıdılmasına iğtişaşlara qarşı mübarizə üzrə xüsusi bölmə cəlb edilib. Bələdiyyənin məlumatına görə, iğtişaşların yatırılması üçün ən azı 80 polis əməkdaşı səfərbər edilib.

Məlumata görə, yerli hakimiyyət orqanları şəhərin köhnə mərkəzindən çox da uzaq olmayan ərazidə sığınacaq istəyən 50-75 üçün müvəqqəti sığınacaq yaratmağı planlaşdırır.

Loading

Next Post

İsrail Livanın cənubunda "Hizbullah"ın 70-dən çox obyektinə zərbələr endirib

İsrail son sutka ərzində Livanın cənubunda “Hizbullah” hərəkatının 70-dən çox obyektinə zərbələr endirib. Bu barədə İsrail Müdafiə Ordusunun (IDF) məlumatında deyilir. Zərbələrin hədəfi qruplaşmanın hücumların hazırlanmasında istifadə etdiyi raket qurğuları və binalar olub. Bundan başqa, “Hizbullah”ın bir neçə döyüşçüsünün öldürüldüyü bildirilir.