Saatlının üç kəndində qaz kəsiləcək

Oxunma vaxtı:22 Saniyə

Sabah Saatlı rayonunun Əhmədbəyli, Heydərabad və Dədə Qorqud kəndlərinin təbii qazla təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, diametri 200 mm olan “Dədə Qorqud kənd” orta təzyiqli yeraltı qaz kəmərində kipliyin yoxlanılması məqsədilə iyunun 17-də saat 10:00-dan etibarən sınaq işlərinə başlanılacaq.

Sınaq işləri başa çatanadək adıçəkilən kəndlərdə ümumilikdə 948 abonentin qaz təchizatı dayandırılacaq. Qaz verilişi işlərin gedişindən asılı olaraq bərpa olunacaq.

Loading

Next Post

Ərdoğanla Putin İsrail-İran qarşıdurmasını müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Tərəflər telefon danışığı zamanı İsrail-İran qarşıdurmasını, bölgədəki vəziyyəti və ikitərəfli əlaqələri müzakirə ediblər.