Prezident İlham Əliyev Ukrayna Prezidentini təbrik edib

Oxunma vaxtı:44 Saniyə
Trend Logo Cut

 AZ 

Prezident İlham Əliyev Ukrayna Prezidentini təbrik edib

SİYASƏT23 Avqust 2021 14:24 (UTC+04:00)

Prezident İlham Əliyev Ukrayna Prezidentini təbrik edib

Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: “Hörmətli cənab Prezident,

Dost Ukraynanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan-Ukrayna əlaqələri dərin tarixi köklərə və xoş ənənələrə malikdir. Möhkəm təməllər üzərində qurulan dövlətlərarası münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluq doğurur.

Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan ikitərəfli əlaqələrimiz, müxtəlif sahələri əhatə edən sıx və səmərəli əməkdaşlığımız xalqlarımızın iradəsinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik və işlərinizdə uğurlar, dost Ukrayna xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Müdafiə nazirinin müavini Moskvada səfərdədir

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov “Beynəlxalq Ordu Oyunları – 2021” yarışlarının açılış mərasimində iştirak etmək üçün Moskvada səfərdədir. Doğrusöztv.Az bildirir ki, bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Rusiyada “Tank […]