Müdafiə nazirinin müavini Moskvada səfərdədir

Oxunma vaxtı:21 Saniyə

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov “Beynəlxalq Ordu Oyunları – 2021” yarışlarının açılış mərasimində iştirak etmək üçün Moskvada səfərdədir.

Doğrusöztv.Az bildirir ki, bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Rusiyada “Tank biatlonu” və “Mədəniyyət Ordusu”, İran İslam Respublikasında “Dəniz kuboku”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak edir.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Türkiyə Prezidenti Azərbaycanla əməkdaşlıq üzrə daha bir sənədi təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti İlə Türkiyə Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu təsdiq edib. Doğrusöztv.Az bildirir ki, bu barədə Trend – ə istinadən məlumat verir. Sənəd 2021-ci il aprelin 2-də Bakıda imzalanıb. Anlaşma Memorandumunun məqsədi iki ölkə arasında ticarətin rəqəmsallaşdırılması, rəqəmsal ticarətin […]