Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Oxunma vaxtı:39 Saniyə

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2026-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

Sərəncamla 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2026-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

Həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2026-cı il aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Loading

Next Post

Kallas: Aİ bu gün Rusiyaya qarşı 20-ci sanksiya paketi üzrə razılığa gələ bilməyəcək

Avropa İttifaqının xarici işlər nazirləri bu gün Brüsseldə keçirilən görüşdə Rusiyaya qarşı 20-ci sanksiya paketi barədə razılığa gələ bilməyəcək. Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında bildirib. “Əlbəttə ki, biz 20-ci sanksiya paketini müzakirə edəcəyik. Görürsünüz ki, […]