“Bizi qisasçılıqda ittiham edənlər güzgüyə baxsınlar” – İlham Əliyev

alfonsonri
Oxunma vaxtı:36 Saniyə

Ermənistandan fərqli olaraq onların şəhərlərini “İsgəndər”, “Toçka” və “Elbrus” raketləri ilə dağıtmamışıq. Azərbaycan Ordusu yüksək mənəvi xüsusiyyətlərə malikdir.

Bu sözləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı söyləyib.

Silahlı Qüvvələrimizin Ali Baş Komandanın əmrlərini tam icra etdiyini və icra edəcəyini bildirən dövlətimizin başçısı bildirib: “Ona görə bizi qisasçılıqda ittiham edənlər qoy gedib güzgüyə baxsınlar. Biz qisas yox, ədalət tələb edirik. Biz tələb edirik ki, haqq-ədalət qorunsun. Biz tələb edirik ki, bizim daxili işlərimizə heç kim müdaxilə etməsin. Biz tələb edirik ki, bütün ölkələr sözdə yox, əməldə bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşsın və belə olan halda, biz də onların ərazi bütövlüyünə hörmətlə yanaşacağıq”.

Loading

Next Post

Döyüşə hazırlıq əmri verilən Rusiya şəhərlərində son vəziyyət - YENİLƏNİB + FOTO

Rusiyanın Rostov və Krasnodar şəhərlərində olan son durum görüntülənib. Kadrlar sosial şəbəkələrdə yayımlanıb. Şəhərlərdə çox sayda hərbi texnikanın olmasının müşahidə edildiyi həmin kadrları təqdim edirik: 01:24 Rusiyanın Rostov şəhər polisi “Qala” planı barədə elan verib. Şəxsi heyətə isə tam hazırlıq vəziyyətində olmaları tapşırılıb. Bu barədə sosial şəbəkənin Rusiya seqmentində informasiya […]