Türkiyə Prezident Administrasiyası: Ankara hər zaman Bakının dəstəyini hiss edir

Oxunma vaxtı:30 Saniyə

Türkiyə hər zaman bütün sahələrdə Prezident İlham Əliyev başda olmaqla Azərbaycanın dəstəyini hiss edir.

Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından bildiriblər.

Qeyd olunub ki, Azərbaycan dəfələrlə Türkiyəyə qardaşlıq münasibətini sübut edib:

“Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətləri bütün türkdilli ölkələr üçün nümunədir. Azərbaycan hər zaman ədalət tərəfdarıdır”.

Administrasiyadan bildiriblər ki, Türkiyə də Azərbaycanla münasibətləri qiymətləndirir, bu münasibətlər hər iki qardaş ölkə üçün vacibdir:

“Türkiyə ilə Azərbaycanın strateji münasibətləri kiməsə qarşı deyil, regionda sülhə və sabitliyə yönəlib”.

Əlavə olunub ki, Türkiyə əvvəllər olduğu kimi Azərbaycanı bütün sahələrdə dəstəkləyəcək və tərəddüdsüz şəkildə onun maraqlarını qoruyacaq, çünki Bakının maraqları Ankaranın maraqlarıdır.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Müdafiə naziri “Tank biatlonu” müsabiqəsinin final mərhələsini izləyib (FOTO)

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də Moskva vilayətinin Alabino hərbi poliqonunda keçirilən “Tank biatlonu” müsabiqəsinin final mərhələsini izləyib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, final yarışlarında birinci divizionda Rusiya, Belarus və Çin komandaları ilə mübarizə aparan Azərbaycan tankçıları uğurlu çıxış edib.