Prezident İlham Əliyev: Bugünkü bəyanatın bəndlərindən biri Rusiya ilə Türkiyənin birgə sülhməramlı missiyasıdır

Oxunma vaxtı:51 Saniyə

Bugünkü bəyanatın bəndlərindən biri Rusiya ilə Türkiyənin birgə sülhməramlı missiyasıdır.

Doğrusöztv.Az -ın məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 10-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə videokonfrans formatında keçirilən görüşdə deyib.

Dövlət başçısı bildirib:

“Bu gün üç ölkə rəhbərinin bu sənədi imzalaması bu münaqişənin nizamlanmasında Rusiya Federasiyasının xüsusi roluna dəlalət edir. Əminəm ki, regionda gələcək fəaliyyətdə, o cümlədən münaqişənin nəticələrinin aradan qaldırılması və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün Rusiya Federasiyasının rolu sanballı olacaq. Bu gün Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana da münaqişənin siyasi yolla nizamlanması işində fəal iştirakına görə təşəkkürmü bildirmək istərdim. Bugünkü bəyanatın bəndlərindən biri Rusiya ilə Türkiyənin birgə sülhməramlı missiyasıdır. Beləliklə, biz regionda təkcə münaqişənin nizamlanması çərçivəsində deyil, həm də gələcək inkişaf üçün qarşılıqlı fəaliyyətin tamamilə yeni formatını yaradırıq. Buna görə də bəndlərdən biri də bütün nəqliyyat kommunikasiyalarının açılmasıdır. Bu, bütün region ölkələrinin xeyrinə olacaq. Ona görə də bu gün mən bu sənədi sevinc hissi ilə, qürur hissi ilə imzalayıram və bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını təbrik etmək istərdim”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Türkiyə və Rusiya arasında sülhməramlıların fəaliyyəti ilə bağlı sazişin imzalanması gözlənilir

Türkiyə və Rusiya arasında sülhməramlıların fəaliyyəti ilə bağlı sazişin imzalanması gözlənilir. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, noyabrın 10-da Türkiyə və Rusiya arasında sülhməramlıların fəaliyyəti və monitorinqi ilə əlaqədar saziş razılaşmasının imzalanması gözlənilir.