Biz tezliklə Qarabağda yeni iqtisadi möcüzənin şahidi olacağıq – Ukraynalı ekspert

Oxunma vaxtı:33 Saniyə

Əminəm ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin iqtisadi bərpası bütün ölkə iqtisadiyyatının inkişafına təkan verəcək.

Doğrusöztv.Az-ın məlumatına görə, bunu Trend-ə ukraynalı ekspert Aleksandr Merejko azad edilən ərazilərin sahib olduğu potensial barədə danışarkən deyib.

O bildirib ki, tezliklə bütün dünya Qarabağın təbiətinin gözəlliyinin şahidi olacaq:

“Amma bundan əvvəl Azərbaycan işğal müddətində dağıdılmış regionun bərpası üçün çoxlu investisiya qoymalıdır. Buna baxmayaraq, mən əminəm ki, tezliklə biz regionun iqtisadiyyatı və mədəniyyətinin sürətli bərpası ilə bağlı yeni iqtisadi möcüzənin şahidi olacağıq”.

Ekspert qeyd edib ki, Azərbaycan digər ölkələrlə qarşıdurmaya deyil, dinc əməkdaşlığa can atır:

“Azərbaycan digər dövlətlərin və xalqların hüquqlarına hörmət edir, onlarla qarşılıqlı səmərəli əməkdaşlıq etməyə və dinc münasibətlər yaratmağa çalışır”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Doğrusöztv.Az xəbər verir ki, dövlətimizin başçısı qəbulda çıxış edib. Prezident İlham Əliyevin çıxışı -Mən sizi mədəniyyət naziri vəzifəsinə təyin edirəm. Sizə böyük etimad göstərilir. Siz bir müddətdir mədəniyyət nazirinin müavini vəzifəsində çalışırsınız […]