Energetika naziri ilə Rusiyanın Baş nazirinin müavini arasında görüş olub (FOTO)

Oxunma vaxtı:28 Saniyə

Energetika naziri Pərviz Şahbazov Moskvada “Rusiya Enerji Həftəsi” çərçivəsində Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novakla görüşüb.

Energetika Nazirliyindən verilən məlumata görə, iki ölkə arasında müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərin bütün sahələrdə inkişafından məmnunluq ifadə edilib. Enerji əməkdaşlığının ikitərəfli münasibətlərdə mühüm rolu qeyd olunub.

Görüşdə Azərbaycan və Rusiya arasında enerji sahəsində ikitərəfli əlaqələrin inkişafına və “OPEC plus” formatı çərçivəsində əməkdaşlığa dair məsələlər müzakirə edilib. Elektrik enerjisi, bərpa olunan enerji, eləcə də neft-qaz üzrə enerji əməkdaşlığının genişləndirilməsi perspektivləri nəzərdən keçirilib. Həmçinin Şimal-Cənub elektrik enerjisi dəhlizinin yaradılması istiqamətində görülən işlərlə bağlı da fikir mübadiləsi aparılıb.

Energetika naziri ilə Rusiyanın Baş nazirinin müavini arasında görüş olub (FOTO)
Energetika naziri ilə Rusiyanın Baş nazirinin müavini arasında görüş olub (FOTO)
Energetika naziri ilə Rusiyanın Baş nazirinin müavini arasında görüş olub (FOTO)
Energetika naziri ilə Rusiyanın Baş nazirinin müavini arasında görüş olub (FOTO)

Loading

Next Post

Mühəndis texnikamız atəşə tutulub - MN

Oktyabrın 12-si saat 12:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətində infrastrukturun bərpası məqsədilə tikinti-quruculuq işləri aparan mühəndis texnikamıza müxtəlif çaplı atıcı silahlardan atəş açıb. Müdafiə Nazirliyindən (MN)  verilən məlumata görə, Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən […]