DSX-nin hərbçisi niyə intihar edib?

alfonsonri
Oxunma vaxtı:26 Saniyə

Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Horadiz sərhəd dəstəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Şirəliyev Canmirzə Çingiz oğlu intihar edib.

Qafqazinfo MAXE-nin intiharı ilə bağlı bəzi məlumatları əldə edib.

Məlumata görə, Canmirzə Şirəliyevin kifayət qədər borcu olub və bunu ödəyə bilməyib. İntiharın bu səbəbdən baş verdiyi ehtimallar arasındadır. O, sonuncu dəfə ailəsi ilə danışdıqdan sonra zastavadan kənar yerdə özünü asıb.

Qeyd edək ki, əslən Xaçmazdan olan C.Şirəliyev subay olub. O, bir müddət əvvəl nişanını qaytarıb.

Loading

Next Post

Rusiya gəmisi ilə daşınan İran nefti ABŞ-a göndərildi

ABŞ Yunanıstan yaxınlığında Rusiyaya məxsus gəmidə daşınan İrana məxsus nefti müsadirə edib. Yunanıstanın gəmiçilik nazirliyindəki mənbədən bildirib ki, Yunanıstan tərəfinə gəmidəki yükün İran nefti olması barədə məlumatı ABŞ Ədliyyə Nazirliyi ötürüb. Bildirilir ki, müsadirə olunan neft yük gəmisi ilə ABŞ-a göndərilib Xatırladaq ki, ötən ay Yunanıstan sularında Avropa İttifaqının sanksiyalarının […]