Tehranda Türkiyə və Rusiya liderləri görüşdü: Putin Ərdoğana təşəkkür etdi

Oxunma vaxtı:23 Saniyə

Astana üçlüyünün sammitində iştirak etmək üçün İrana səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli görüş keçirib.

Görüş zamanı Rusiya-Türkiyə əməkdaşlığının əsas məsələləri, iqtisadi və ticarət sahəsində layihələrin həyata keçirilməsi müzakirə olunub.

Həmçinin bir sıra beynəlxalq mövzular, o cümlədən Suriya və Ukrayna ilə bağlı vəziyyət, xüsusən də Ukrayna taxılının ixracı problemi ətrafında da fikir mübadiləsi aparılıb.

Putin ərzaq problemlərinin həlli üçün vasitəçilik səylərinə görə Ərdoğana təşəkkür edib.

Mənbə: TASS

Loading

Next Post

Güclü istilər gəlir: Ən çox hansı orqanlarımıza diqqət etməliyik? - AÇIQLAMA

Hətta yay mövsümü üçün çox qızmar hava artıq bir çox ölkələrdə yanğına, insanların evlərini tərk eməsinə, havanın çirklənməsinə səbəb olub. Bir neçə gün əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti, bu gün isə Fövqəladə Hallar Nazirliyi havanın temperaturunun 42-44°-dək artacağı və arabir güclənən küləyin müşahidə olunacağı barədə xəbərdarlıq edib.   Həm yüksək hərarət, həm […]