Azərbaycan Prezidenti sinqapurlu həmkarını təbrik edib

Oxunma vaxtı:31 Saniyə

Azərbaycan Prezidenti İlham Əliyev Sinqapur Prezidenti Tarman Şanmuqaratnama təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

“Hörmətli cənab Prezident,

Sinqapur Respublikasının müstəqilliyinin 60-cı ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından
səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.

Sinqapur ötən dövr ərzində böyük yol keçərək dünyada sürətlə və dinamik inkişaf edən, iqtisadiyyat, sənaye, elm, müasir texnologiyalar və digər sahələrdə mühüm nailiyyətlər əldə etmiş dövlətə çevrilmişdir.

İnanıram ki, Azərbaycan-Sinqapur dostluq əlaqələrini və qarşılıqlı faydalı əməkdaşlığını inkişaf etdirmək yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, xalqınıza daiməmin-amanlıq və firavanlıq diləyirəm”.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

13 thoughts on “Azərbaycan Prezidenti sinqapurlu həmkarını təbrik edib

Comments are closed.

Next Post

Əsrə bərabər gün - İlham Əliyevin Vaşinqtonda tarixi zəfəri - ŞƏRH

Dünya tarixində müharibəni udub, diplomatiyada uduzan xeyli sayda dövlət tanıyırıq. Döyüş meydanında əldə edilmiş qələbəni diplomatik müstəvidə möhkəmləndirmək hər dövlətə qismət olmur.Azərbaycan isə nəinki son 80 ildə müharibədə tam və mütləq qələbə qazanmış yeganə ölkə oldu, həm də bu qələbəni beynəlxalq səviyyədə tam və olduğu kimi qəbul etdirdi. Bu mənada, […]