Zədəsi sağalan Mahir Emreli əlavə testlərdən keçəcək

Oxunma vaxtı:23 Saniyə

Almaniyanın “Kayzerslautern” klubunda çıxış edən və zədəsi yeni sağalan Azərbaycan millisinin futbolçusu Mahir Emreli əlavə testlərdən keçəcək.

Hazırda fərdi məşqlər edən 28 yaşlı hücumçunun 2-3 həftə sonra meydana çıxa biləcəyi gözlənilir.

M.Emreli ötən ilin noyabrında “Herta” ilə keçirilən oyunda zədələnib. O, mövsümün ilk yarısında II Bundesliqada cəmi 4 matçda meydanda olub. Forvardın adı həmçinin bir neçə qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, Mahir Emrelinin “Kayzerslautern”lə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir.

Loading

Next Post

Ərdoğan: İstanbulu yenidən Ukrayna ilə Rusiyanın anlaşacağı mərkəzə çevirməyə hazırıq

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsinin getdikcə Türkiyə üçün çətinləşən bir vəziyyətə çevrildiyini bildirib. Türkiyə lideri bu barədə “Bloomberg”ə müsahibəsində bildirib. R.T.Ərdoğan Rusiya gəmilərinin boğazlar vasitəsilə Qara dənizə keçidinin məhdudlaşdırılmasına da toxunub. O, müharibənin mümkün sülh prosesindən də danışıb. “Türkiyə İstanbulu yenidən Ukrayna və Rusiya arasında sülhün müzakirə olunduğu mərkəz […]